Beyləqanda ev yanıb 

Beyləqanda ev yanıb 
# 21 sentyabr 2022 09:52 (UTC +04:00)

Beyləqanda evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Beyləqan rayonunda ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR