Beyləqanda iki avtomobil toqquşub, ölən var

Beyləqanda iki avtomobil toqquşub, ölən var
# 30 iyul 2022 12:46 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi “Ford” və O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR