Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb - YENİLƏNİB  - VİDEO
# 29 yanvar 2023 22:28 (UTC +04:00)

Beyləqanda yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər.

Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Saat 17:52

Beyləqan rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Beyləqanın Daşburun yolunda baş verib. 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.

Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR