Beyləqanda və Gədəbəydə fərdi yaşayış evi yanıb

Beyləqanda və Gədəbəydə fərdi yaşayış evi yanıb
# 08 yanvar 2022 08:38 (UTC +04:00)

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Gədəbəy rayonunun Xarxar kəndində isə ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR