Beyləqan rayonunun Mil qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli yeməkxana binasının qamış və lambirindən ibarət tavanı 106 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.