Beyləqanda yol qəzası baş verib - FOTO

Beyləqanda yol qəzası baş verib - FOTO
# 24 oktyabr 2019 00:16 (UTC +04:00)

Beyləqan rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şərq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Təbriz Cərullahzadənin idarə etdiyi kiçiktutumlu "Ford" markalı yük maşını ilə Mahir Abbasovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub.

Hadisə zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR