Beynəlxalq axtarışda olan şirkət rəhbərinin məhkəməsi başlayır, 120-dən çox zərərçəkən var

Beynəlxalq axtarışda olan şirkət rəhbərinin məhkəməsi başlayır, 120-dən çox zərərçəkən var
# 14 yanvar 2022 08:58 (UTC +04:00)

Xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan “Konstra” MTK-nin direktoru Dilafir Rəsulov və onunla birlikdə təqsirləndirilən Bəsrət Abbaslı və Tahir Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində olan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim hakim Zeynal Ağayev icraatına verilib.

Qeyd edək ki, iş üzrə 120-dən çox zərərəçəkən şəxs var. Dilafir Rəsulov və digərləri bir mənzili bir neçə adama satmaqda ittiham edilib. D. Rəsulov cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi. O, ötən ilin iyulunda Rusiyanın Tula şəhərində tutularaq ölkəmizə gətirilib.

Bəsrət Abbaslı “Konstra” MTK-nin təsisçisidir. O, həm də Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR