Laçın-Xankəndi yolundan BQXK-nın avtomobilləri keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın avtomobilləri keçib - FOTO  - YENİLƏNİB
# 31 yanvar 2023 15:00 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Xankəndidən Laçına doğru gedən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşınlar bir qədər əvvəl geri qayıdıb.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıblar.

***

08.48

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR