Biləcəridə yük qatarının vaqonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Biləcəridə yük qatarının vaqonunda baş verən yanğın söndürülüb  - YENİLƏNİB
# 18 iyul 2019 19:24 (UTC +04:00)

Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda baş verən yanğın söndürülüb. Bu barədə APA-ya FHN-dən bildirilib.

***

19:11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR