Biləsuvar sakini keçmiş qayınatasını bıçaqlayıb

Biləsuvar sakini keçmiş qayınatasını bıçaqlayıb
# 08 iyun 2023 18:45 (UTC +04:00)

İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-cı il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, Azad Almazovun keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR