Biləsuvar sakini ova gedərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Biləsuvar sakini ova gedərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
# 09 yanvar 2023 23:03 (UTC +04:00)

Biləsuvarda ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***

Saat 17:44

Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR