Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
# 19 avqust 2019 11:58 (UTC +04:00)

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayonun Zəhmətabad kənd sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Salman oğlu Cəfərov naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR