Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
# 31 mart 2023 09:20 (UTC +04:00)

Ötən gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.

APA-nın Cənub bürosunun məlumatına görə, xəsarət alanlar Bakı şəhər sakinləridir.

Onlar 1991-ci il təvəllüdlü Əsgərov Yaşar Fərhad oğlu və 1987-ci il təvəllüdlü Qurbanov Elnur Azad oğludur.

Faktla bağlı araşdırma aparılır.

***

30.03.2023 19:35

Biləsuvarda avtomobil qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt - Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Nissan Sunay" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və maneəyə çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR