Biləsuvarda baş verən qəzada 3 nəfər xəsarət alıb

Biləsuvarda baş verən qəzada 3 nəfər xəsarət alıb
# 30 may 2023 23:16 (UTC +04:00)

Biləsuvarda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Avtoqəza nəticəsində 3 nəfər – 1986-cı il təvəllüdlü Rövşən Rzayev, 1966-cı il təvəllüdlü Fəda Nəsirov və 1964-cü il təvəllüdlü Nizam Əhmədov müxtəkif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR