Biləsuvarda baş verən qəzada üç nəfər xəsarət alıb

Biləsuvarda baş verən qəzada üç nəfər xəsarət alıb
# 05 iyun 2023 22:26 (UTC +04:00)

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - 1977- ci il təvəllüdlü Rabil Əsgərov, onun həmyaşıdı Şamil Pənayev və 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üç şəxsə müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR