Biləsuvarda iki maşın toqquşub, 17 yaşlı oğlan ölüb

Biləsuvarda iki maşın toqquşub, 17 yaşlı oğlan ölüb
# 06 oktyabr 2022 15:29 (UTC +04:00)

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oktyabrın 4-də Biləsuvar rayonunda yerləşən 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Sürücü, Ağdam sakini, 1999-cu il təvəllüdlü Əliyev Fuad Ələmdar oğlu və avtomobildə olan sərnişin, kəllə-beyin travması alan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncu bu gün günorta saatlarında reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR