Biləsuvarda maşın aşıb, ölən var

Biləsuvarda maşın aşıb, ölən var
# 06 yanvar 2023 15:32 (UTC +04:00)

Biləsuvarda avtomobil aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi rayonun Çaylı kəndi ərazisində baş verib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-ya bildirib ki, yanvarın 6-da saat 14:30 radələrində Biləsuvar rayonunun İsmətli kənd sakini Eybulla Cəbrayılov idarə etdiyi “Saipa” markalı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR