Biləsuvarda ölümlə nəticələnən qəza baş verib

Biləsuvarda ölümlə nəticələnən qəza baş verib
# 19 sentyabr 2022 23:09 (UTC +04:00)

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Piyada, Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Malik Qardaşəli oğlu Qasımovu “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Ilkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR