Bu gün səhər saatlarında Biləsuvar rayon Polis şöbəsinin yaxınlığında qadın özünü yandırmağa cəhd edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın Cənub bürosuna bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb, qadına ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Biləsuvar rayon sakini olan Səidə Babayevanın Cinayət Məcəlləsinin 152.1, 221.3-cü maddələri ilə təqsirləndirilən, məhkəmə qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü Babək Babayevin dərhal azadlığa buraxılmasını tələb etdiyi bildirilir.
Araşdırmalar davam etdirilir.