Biləsuvarda sel təhlükəsi aradan qalxıb - YENİLƏNİB-3 - FOTO - VİDEO

Biləsuvarda sel təhlükəsi aradan qalxıb - YENİLƏNİB-3  - FOTO  - VİDEO
# 31 may 2023 08:23 (UTC +04:00)

Xəbərə video əlavə olunub

***

07.46

Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.

Bu barədə APA-nın Cənub bürosu xəbər verib.

***

07.00

Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılır. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.

Bu barədə APA-nın Cənub bürosuna FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.

***

06.34

Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub.

APA-nın Cənub bürosu xəbər verir ki, əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq.

***

05.49

Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.

Bu barədə APA-nın Cənub bürosu xəbər verib.

***

05.07

İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib.

APA xəbər verir ki, Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib.

***

04.46

Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR