“Binə” ticarət mərkəzində yanğın olub - YENİLƏNİB

“Binə” ticarət mərkəzində yanğın olub - YENİLƏNİB
# 13 avqust 2019 10:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumatını açıqlayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:04

“Binə” ticarət mərkəzində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR