Binədə sexdə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

Binədə sexdə yanğın söndürülüb - YENİLƏNİB-1   - FOTO
# 19 yanvar 2023 20:55 (UTC +04:00)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 1200m² olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300m² sahədə yanıb, yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700m² sahədə deformasiyaya uğrayıb.

Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.

***

Saat 18:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

***

17.34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR