Binəqədidə 2 mərtəbəli evdə yanğın olub

Binəqədidə 2 mərtəbəli evdə yanğın olub
# 30 yanvar 2023 13:53 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m², arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR