Binəqədidə 3 otaqlı evdə yanğın olub

Binəqədidə 3 otaqlı evdə yanğın olub
# 05 yanvar 2023 09:00 (UTC +04:00)

Bakıda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü, bitişik ümumi sahəsi 60 m² olan birmərtəbəli evin lambirdən ibarət tavanı 30 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR