Binəqədidə evdən 23 min manatlıq oğurluq edilib

Binəqədidə evdən 23 min manatlıq oğurluq edilib
# 27 iyul 2022 11:51 (UTC +04:00)

Bakıda evdən xeyli miqdarda pul və qızıl oğurlanıb.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR