Binəqədidə evdən 7 min manatlıq oğurluq olub

Binəqədidə evdən 7 min manatlıq oğurluq olub
# 22 aprel 2022 14:04 (UTC +04:00)

Bakıda evdən xeyli miqdarda pul oğurlanıb.

DİN-dən APA-ya verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Dərnəgül qəsəbəsindəki evlərin birindən 1600 manat və 3400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR