Binəqədidə mağazadan 8 min manatlıq geyim oğurlanıb

Binəqədidə mağazadan 8 min manatlıq geyim oğurlanıb
# 07 dekabr 2022 12:28 (UTC +04:00)

Binəqədidə oğurluq etdiyinə görə tutulan şəxslərin daha bir analoji əməlinin üstü açılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan E.Əlimuradov və H.İsmayılov başqa bir mağazadan da oğurluq ediblər.

Həmin vaxt onlar mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları aparıblar.

Faktla bağlı araşdırma davam edir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR