Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub

Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub
# 05 oktyabr 2022 11:21 (UTC +04:00)

Bakıda restorandan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR