Binəqədidə yaşayış binasında yanğın olub

Binəqədidə yaşayış binasında yanğın olub
# 15 avqust 2022 12:17 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 75 m² olan 4 otaqlı mənzildə çarpayı və divan yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR