Bir ayda dövlət sərhədində 4,5 milyon manatlıq qaçaqmal saxlanılıb

Bir ayda dövlət sərhədində 4,5 milyon manatlıq qaçaqmal saxlanılıb
# 04 may 2022 11:17 (UTC +04:00)

Ötən ay dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 186 kq 679 qram narkotik vasitəyə və 8827 ədəd psixotrop həbə bənzər maddələr aşkarlanaraq götürülüb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotik qaçaqmalçıları 2 halda sərhəd naryadlarına qarşı odlu silahdan isti­fadə edib, təli­mata uyğun sərhədçilərin silahdan tətbiqi nəticəsində 2 halda 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

"Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 584 min 557 manat оlan qaçaqmal saxlanılıb"- deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR