Bir yaşlı övladını zəhərləyib öldürməkdə ittiham olunan qadının məhkəməsi başlayıb

Bir yaşlı övladını zəhərləyib öldürməkdə ittiham olunan qadının məhkəməsi başlayıb
# 27 mart 2023 11:40 (UTC +04:00)

1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Nərgiz Bağıyevanın heç vaxt nikahı olmayıb, 1 yaşlı övladı da nikahdan kənar doğulub.

Baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Suraxanı rayonunda qeydə alınıb.

Rəsmi məlumata görə, sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR