Bloger Əvəz Hafizlini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bloger Əvəz Hafizlini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 20 iyun 2022 13:29 (UTC +04:00)

Əvəz Hafizlini qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib.

O, iclasa saxlanıldığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada qoşulub. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı tanınıb.

Məhkəmədə Böyük Britaniya səfirliyinin nümayəndələri də iştirak edib.

İttiham olunan şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işi baxışa təyin olunub.

Məhkəmə istintaqı iyulun 4-də başlayacaq.

Xatırladaq ki, bu ilin fevral ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR