Bloger Əvəz Hafizlinin qətli ilə bağlı istintaq başa çatıb

Bloger Əvəz Hafizlinin qətli ilə bağlı istintaq başa çatıb
# 08 iyun 2022 07:56 (UTC +04:00)

Bakıda əmisi oğlu olan blogeri qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin barəsində olan cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, Əvəz Hafizli bloger olub, həmçinin, sosial şəbəkələrdə yayılan məlumata görə, LGBT fəalı kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR