BNA: Qəza zamanı xəsarət alan olmayıb

BNA: Qəza zamanı xəsarət alan olmayıb
# 06 iyun 2022 22:56 (UTC +04:00)

Bu gün axşam saatlarında Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb:

"Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR