BQXK Ermənistan Ordusunun Azərbaycan Ordusuna təslim olmuş fərari hərbçisi ilə bağlı danışıqlar aparır

BQXK Ermənistan Ordusunun Azərbaycan Ordusuna təslim olmuş fərari hərbçisi ilə bağlı danışıqlar aparır
# 14 avqust 2019 11:02 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan Ordusunun fərari hərbçisi ilə bağlı ikitərəfli danışıqlara başlayıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi komitə bu məsələ ilə bağlı aidiyyəti qurumlarla ikitərəfli dialoq aparır.

İ.Hüseynova həmçinin qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.

Qeyd edək ki, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR