BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
# 17 oktyabr 2019 14:14 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bu barədə APA-ya mitinqin təşkilatçılarından Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-nin dəvəti ilə bu gün saat 11:00-da idarədə olub. Bakı şəhər prokurorun köməkçisi və BŞBPİ-nin rəis müavini onlara xəbərdarlıq edib: “Bizə xəbərdarlıq edildi. Bildirdik ki, biz istənilən halda mitinqi keçirəcəyik”.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR