Bu il 23 şəxs cinayət başında yaxalanıb

Bu il 23 şəxs cinayət başında yaxalanıb
# 22 iyul 2022 14:23 (UTC +04:00)

2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanıb, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR