Bu il polis 58712 nəfəri Narkoloji Mərkəzə istiqamətləndirib

Bu il polis 58712 nəfəri Narkoloji Mərkəzə istiqamətləndirib
# 16 sentyabr 2022 10:37 (UTC +04:00)

Bu ilin 8 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 58712 nəfər istiqamətləndirib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2063 nəfərindən 1490-ının istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR