Bu ilin 6 ayında narkotiklə bağlı 5778 cinayət faktı aşkarlanıb

Bu ilin 6 ayında narkotiklə bağlı 5778 cinayət faktı aşkarlanıb
# 18 iyul 2022 11:35 (UTC +04:00)

2022-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5778 cinayət faktı aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.

Qeyd olunub ki, onlardan 2053-ü narkotik vasitələrin qanunsuz satışı, 3463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

“Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kq 320,92 qr və 24650 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 497 kq 266,592 qr-nı heroin, 1 ton 028 kq 428,674 qr-nı marixuana, 198 kq 089,061 qr-nı tiryək, 20 kq 547,544 qr-nı həşiş, 199 qr-nı kokain, 115 kq 821,557 qr-nı digər narkotik vasitələr və 557 kq 968,492 qr psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 56958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR