Bulvarda qadınlar arasında dava ilə bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 04 avqust 2022 16:12 (UTC +04:00)

Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR