Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb - YENİLƏNİB

Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb - YENİLƏNİB
# 01 dekabr 2022 16:21 (UTC +04:00)

TƏBİB Buzovnada iki gün əvvəl evə basqın zamanı bıçaqlanan qadının xəstəxanada ölməsi barədə məlumat yayıb.

TƏBİB-dən APA-ya verilən məlumatda bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 noyabr tarixində baş verən hadisə nəticəsində xəsarət alaraq TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilən 1945-ci il təvəllüdlü Şahirə Muradova dekabrın 1-i saat 03:00 radələrində tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qeyd edilib ki, eyni hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə zəruri tibbi xidmətlər aldıqdan sonra həkimlərin rəyi ilə evə buraxılıb.

***

15.39

Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.

APA xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilib. Basqın zamanı 1939-cu il təvəllüdlü Elbrus Muradov bıçaqlanaraq öldürülüb. Onun bıçaq xəsarətləri alan həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov xəstəxanaya yerləşdirilib.

Rahil Muradov həmin gün xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR