Cəbrayılda yol qəzası olub, sürücü ölüb

Cəbrayılda yol qəzası olub, sürücü ölüb
# 10 iyun 2022 10:02 (UTC +04:00)

İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR