Cəlilabad sakini arvadını baltalayıb - YENİLƏNİB - VİDEO

Cəlilabad sakini arvadını baltalayıb - YENİLƏNİB  - VİDEO
# 15 noyabr 2022 10:32 (UTC +04:00)

Cəlilabadda arvadını baltalayan şəxs tutulub.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

***

09.09

Cəlilabad sakini arvadını baltalayıb.

APA xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR