Cəlilabadda 16 yaşlı qız evində ölü tapılıb

Cəlilabadda 16 yaşlı qız evində ölü tapılıb
# 18 sentyabr 2022 17:27 (UTC +04:00)

16 yaşlı qız evində ölü tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR