Cəlilabadda 3 otaqlı ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Sabirabad kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.