Cəlilabadda arvadını qətlə yetirən şəxs intihara cəhd edib

Cəlilabadda arvadını qətlə yetirən şəxs intihara cəhd edib
# 06 fevral 2023 09:10 (UTC +04:00)

Cəlilabadda kişi arvadını qətlə yetirib, daha sonra intihara cəhd edib

Cəlilabadda kişi arvadını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmənov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR