Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb
# 07 sentyabr 2022 09:49 (UTC +04:00)

Cəlilabadda 5 yaşlı uşaq yol qəzasında ölüb.

APA-nın xəbərinə görə, hadisə sentyabrın 5-i saat 14 radələrində rayonun Musalı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Rabil Əmənovun idarə etdiyi "VAZ-21063" markalı avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ceyhun Fərəclini vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR