Cəlilabadda avtomobil qəzasında 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda avtomobil qəzasında 7 nəfər xəsarət alıb  - YENİLƏNİB
# 12 sentyabr 2022 00:32 (UTC +04:00)

Cəlilabad rayonunda baş verən qəzada yaralıların adları məlum olub.

APA-nın xəbərinə görə, onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirdilər ki, yaralılar yaxın qohumlardır və rayonun Moranlı kənd sakinləridir. Bunlar:

1964-cü il təvəllüdlü Əbilov Ələddin Mirzəbala oğlu,

1969-cu il təvəllüdlü Əbilova Mənsurə Salman qızı,

2005-ci il təvəllüdlü Əbilova Güldanə Rafiq qızı,

2019-cu il təvəllüdlü Əbilova Ülviyyə Cavid qızı,

1990-cı il təvəllüdlü Əbilov Cavid Ələddin oğlu,

2015-ci il təvəllüdlü Əbilova Nazlı Cavid qızı və

2005-ci il təvəllüdlü Salayeva Bənövşə Rafiq qızıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

23.53

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Mədətli kəndi ərazisində qeydə alınıb. VAZ-2121 (Niva) və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfərin yaralandığı bildirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR