Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb - YENİLƏNİB

Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb - YENİLƏNİB
# 04 noyabr 2022 20:40 (UTC +04:00)

Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA -nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, Cəlilabad rayon sakini Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub.

Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

***

Saat 19:52

Cəlilabadda, azyaşlı piyadanı vuran avtomobil, hadisə yerindən qaçıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında baş verib.

Hələ ki, avtomobilin sürücüsü müəyyən olunmayıb.

2014-cü il təvəllüdlü Əli Elvin oğlu Novruzzadə ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Avtomobilin və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR