Cəlilabadda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb

Cəlilabadda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb
# 19 iyun 2019 11:44 (UTC +04:00)

Cəlilabadda doğuş zamanı ananın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, rayonun Kövüzbulaq kənd sakini, 1983-cü il təvəllüdlü Təbrizə Nuralı qızı Vəliyevanın xəstəxanada qeysəriyyə əməliyyatından sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, T.Vəliyevanın üzərində qeysəriyyə əməliyyatı aparılıb və oğlan cinsli uşaq sağlam şəraitdə ana bətnindən götürülüb. Əməliyyatdan sonra anada qanaxma başlayıb. Təkrar əməliyyat zamanı qadın ölüb.

Qeyd edək ki, APA məlum hadisə ilə bağlı ötən gün məlumat yayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR